...

Bakı seqmenti AzDATACOM istismara hazırdır

Telekommunikasiya Materials 17 İyun 2006 12:37 (UTC +04:00)

Milli informasiya ötürülməsinin magistral şəbəkəsinin Bakı seqmenti - AzDATACOM istimara hazırdır. Trend in Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin mətbuat xidmətinə əsasən verdiyi xəbərə görə, sınaqdan keçirildikdən sonra Azərbaycanın digər bölgə və şəhərlərində layihənin II mərhələsinin başlanması planlaşdırılır.

Layihə icraçısı - Sinam şirkətinin başçısı Elçin Əliyevin bildirdiyi kimi, 2006-2007-ci illərdə AzDATACOM mərhələlər üzrə yaradılacaq. AzDATACOM-un Bakı halqası 10 Gbps-ə qədər keçirmə qabiliyyətinə malik olacaq, rayonlarda bu göstərici hələlik 1 Gbps-ə çatacaq, gələcəkdə bu rəqəmin 10-a qədər artması mümkündür. Şəbəkəyə təhsil müəssisələri, dövlət təşkilatları qoşulacaq. Magistral Azərbaycanın infrastruktur problemini həll etmək, Bakı və bölgələri bir-birinə yaxınlaşdırmaq imkanı verəcək.

Layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT İnkişaf Proqramının (UN DP) birgə həyata keçirdiyi "Milli Elektron idarəetmə təşəbbüsü" (National E-Governance Network Initiative) adlı texniki yardım proqramı ilə həyata keçirilir və informasiya-kommunikasiya texnologiyalarının (Elektron Azərbaycan) inkişafı üzrə dövlət proqramına daxil edilmiş tədbirlərdən biridir.

Xəbər lenti

Xəbər lenti