...

Azərbaycanın rabitə nziri Malayziyaya yola düşüb

Telekommunikasiya Materials 19 İyun 2006 15:01 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov işgüzar səfərlə Malayziyaya yola düşüb. Trend in nazirliyin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, səfərdə məqsəd Kuala-Lumpurda İnkişaf, İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Qlobal Alyansın sammitinin açılışında iştirak etməkdən ibarətdir.

Sammitdə nazir xüsusi məruzə ilə çıxış edəcək. Tədbir iyunun 21-də başa çatacaq.

Səfər çərçivəsində Ə.Abbasovun Malayziyanın elm, texnologiya və innovasiyalar naziri Camaludin Cacis, BMT baş katibinin müavini Mark Braun, Qlobal Alyansın prezidenti, İntel-in başçısı Kreyq Barret və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti