...

Əli Abbasov: "Azerfon MM öz işini fəallaşdırıb"

Telekommunikasiya Materials 27 İyun 2006 17:39 (UTC +04:00)

"Son aylar ərzində Azerfon yeni mobil operatoru öz işini fəallaşdırıb". Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 27-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, hazırda şirkət baza stansiyalarının qurulması istiqamətində işlər görür. İlk növbədə stansiyalar Bakı və Abşeron yarımadasını əhatə edəcək.

"Şirkət 2007-ci ilin sonlarınadək bütün respublika ərazisində baza stansiyaları quraşdırmağı öhdəsinə götürür", - deyə nazir qeyd edib.

Nazir bildirib ki, şirkət ilk abunəçilərini 2006-cı ilin oktyabr-noyabr aylarında qəbul edə biləcək.

Mobil rabitə xidmətlərinin göstərilməsi üçün Azerfon MM-ə lisenziya Rabitə Nazirliyinin 28 dekabr 2005-ci ildə keçirilmiş kollegiyasının qərarı ilə verilib. Şirkətin təsisçiləri Aztelekom İB (10%), Almaniyanın Siemens şirkəti (30%) və iki Britaniya şirkətidir (60%).

Xəbər lenti

Xəbər lenti