...

Azərbaycan Rabitə Nazirliyinin gəlirləri artıb

Telekommunikasiya Materials 12 Dekabr 2006 16:56 (UTC +04:00)

2006-cı ilin yanvar-noyabr aylarında Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin gəlirləri proqnozlaşdırılan 138094,5 min manata qarşı 154933,6 min manat təşkil edib. Bu, 2005-ci ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz çoxdur. Rabitə və İnformasiya texnologiyaları Nazirliyindən Trend ə verilən məlumatda bildirilir ki, əhalidən yığılan ödənişlər üzrə proqnozlaşdırılan 52738,1 min manata qarşı 57191,6 min manat gəlir əldə edilib. Əhalidən əldə edilən gəlir əvvəlki illə müqayisədə 8,4 faiz artıb.

Nazirlik üzrə əsas telefon aparatlarının sayı proqnozlaşdırılan 44774 aparata qarşı 72314 vahid təşkil edib. Artım 61,5 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti