...

HP MDB üzrə 2006-cı il fəaliyyətinin nəticələrini Bakıda aparacaq

Telekommunikasiya Materials 13 Dekabr 2006 14:58 (UTC +04:00)

Korporativ sifarişçilər və son istifadəçilər üçün əsas texnologiyaların dünya səviyyəli tədarükçüsü olan Hewlett Packard (HP) MDB ölkələri üzrə 2006-cı il fəaliyyətinin nətcələrini Bakıda aparacaq.

Trend HP-nin Azərbaycandakı rəsmi nümayəndəliyinə istinadən xəbər verir ki, HP-nin MDB bölməsi üzrə rəhbər şəxslərinin iştirakı ilə dekabrın 19-da geniş görüş keçiriləcək.

Görüşdə HP-nin MDB-də baş direktoru Xilmar Lorens, Təsvirlərin çapı və işlənməsi Departamentinin və MDB ölkələrində HP şəxsi kopyuter sistemləri Departamentinin rəhbəri Sergey Plaksin, HP-nin Azərbaycandakı rəsmi nümayəndəsi Rüfət Hacıəlibəyov iştirak edəcəklər.

Təbir gedişində şirəkt 2007-ci il üçün planını və Azərbaycan da daxil olmaqla MDB ölkələri üzrə əsas inkişaf strategiyasını elan edəcək.

Əvvəllər öz fəaliyyətinin nəticələri ilə bağlı şirkət analoji tədbirləri Kiyevdə, Moskvada və digər MDB ölkələrində keçirib.

HP keçmiş Sovet İttifaqı ərazisində fəaliyyətə 1968-ci ildən başlayıb

HP şirkəti MDB-nin bütün ölkələrində və Moqolustanda da təmsil olunub. Bu gün MDB ərazisində 4 nümayəndəlik açılıb və fəaliyyət göstərir - Kiyevdə, Bakıda, Almata və Astanada.

HP-nin MDB ölkələrindəki rəsmi nümayəndəlikləri Qazaxıstan, Ukrayna və Azərbaycandakı şirkətlərin fəaliyyətinə nəzarət edir, böyük korporativ sifarişçilərlə əlaqə saxlayır, kiçik və orta müəssisələrin biznesinin, eləcə də parakəndə seqmentin inkişaf etdirilməsi ilə məşğul olur. HP tərəfdaş şəbəkəsi ilə satış və xidməti dəstəyi daha fəal inkişaf etdirir.

HP 2004-cü ilin iyununda Azərbaycanda kommersiya fəaliyyəti aparmaq hüququ olan filialının açılması barədə bildirib.

HP-nin əsas böyük sifarişçiləri Belarusbank, Beltelekom, Belpromstroybank, Belarus Respublikası əhalinin sosial müdafiə fondu, Qazaxıstan Respublikası Milli Bankı, "Aztelekom" İB, Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi, Qazaxıstan Respublikası Maliyyə Nazirliyi. Azərbaycan Milli Bankı və s. bu kimi dövlət struktur və özəl şirkətlərdir.

Xəbər lenti

Xəbər lenti