...

Moskvada MDB dövlətləri rabitə dairələri başçılarının görüşü keçirilib

Telekommunikasiya Materials 13 Dekabr 2006 15:12 (UTC +04:00)

Bu gün Moskvada rabitə sahəsində Regional Birlik Şurasının 36-cı iclası çərçivəsində Müstəqil Dövlətlər Birliyi dövlətlərinin rabitə dairləri başçılarının iclası keçirilib.

Rusiyanın informasiya texnologiyaları və rabitə nazirliyinə istinadən Trend bildirir ki, iclasın işində Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Ermənistan, Türkəmnistan, Özbəkistan, Ukrayna rabitə dairələrindən olan nümayəndə heyətləri, Ermənistan və Qırğızıstan tənzimləmə orqanlarının nümayəndələri, eləcə də Beynəlxalq Elektrorabitə İttifaqı , MDB İcra Komitəsi, MDB Hökumətlərarası Assambleyanın (HA) nümayəndələri iştirak edib.

İclası RBŞ sədri, Rusiya İnformasiya texnologiyaları və rabitə naziri Leonid Reyman aparıb.

"RBŞ və MDB HA Şurası arasında qarşılıqlı əlaqə barədə" imzalanmış müqavilə çərçivəsində rabitə və informatizasiya sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə aparılan işin aktuallığını qeyd edərək Şura RBŞ və MDB HA arasında birgə işi qiymətləndirib, MDB HA-dan "Elektron ticarət haqqında" və "Elektron dövlət xidmətləri haqqında" model qanunların, eləcə də miqrasiya proseslərinin tənziməlnməsində İKT tətbiqini nəzərdə tutan model qanunların hazırlanmasının tezləşdirilməsini və yeni nəsil pasport-viza sənədlərinin tətbiqinə başlanılmasını xahiş edib

RBŞ 2007-ci ildə rabitə və informatizasiya sahəsində RBŞ rabitə dairələri və milli rabitə operatorları tərəfindən birgə maliyyələşdirilən elmi-tədqiqat işlərinin siyahısını da təsdiq edib.

Qeyd edək ki, Azərbaycanı iclasda Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı ilə nazirliyin nümayəndə heyəti təmsil edib.

Xəbər lenti

Xəbər lenti