...

Azərbaycan Rabitə Nazirliyi rabitə strukturlarının özəlləşdirilməsi üzrə hökümətə təkliflər təqdim edib

Telekommunikasiya Materials 13 Dekabr 2006 15:41 (UTC +04:00)

Dövlət başçısının sərəncamına görə, Bakı Telefon Rabitəsi İB, Aztelekom, Bakı Teleqrafı, Azərmətbuatyayımı, Qasid, Teleradio və b. kimi müəssisələrin nizamnamə kapitalında dövlət payı özəlləşdirmə üçün açıqdır.

Trend Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, hazırda bu istiqamətdə işlər görülür, Bakı Telefon Rabitəsi, Aztelekom və Teleradioda yaradılmış komissiya müəssisələrin əsas vəsaitlərinin qiymətləndirilməsini və inventarlaşdırılmasını həyata keçirir. İndi artıq Bakı Teleqrafı ASC-nin səhmləri üzrə investisiya müsabiqəsi həyata keçirilib.

Nazirlik artıq idarənin strukturunun təkmilləşdirilməsi və müəssisələrin özəlləşdirmə prosesindən əvvəl yaxşılaşdırılması üzrə təkliflərini hazırlayıb və ölkənin Nazirlər Kabinetinə təqdim edib.

Özəlləşdirilməli olan rabitə strukturlarının maliyyə -təsərrüfat fəaliyyətinin qiymətləndirilməst, onun strategiyasının müəyyən olunması və özəlləşdirmə prosesinin özünün praktiki başlanğıcı 2007-2008-ci illərdə planlaşdırılır.

Sadalanan işlər 2006-2008-ci illərdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramının ("Elektron Azərbaycan") reallaşdırılması üzrə Tədbirlər planının bölmələrinə uyğun görülür.

Xəbər lenti

Xəbər lenti