...

MDB ölkələri üzrə Beynəlxalq elektron rabitə ittifaqının zona nümayəndəliyi açılıb

Telekommunikasiya Materials 13 Dekabr 2006 16:28 (UTC +04:00)

Bu gün Rusiyada Beynəlxalq elektron rabitə ittifaqının (BERİ) zona nümayəndəliyi açılıb. Trend Rusiya Federasiyasının İnformasiya Texnologiyaları və Rabitə Nazirliyinə istinadən xəbər verir ki, BERİ-nin zona nümayəndəliyi Rusiya Federasiyası və MDB-nin digər iştirakçı-dövlətlərinə elektron rabitənin inkişafı sahəsində yardımın göstərilməsi və elektron rabitə şəbəkələri və xidmətlərinin inkişafına və elektron rabitə sahəsində mütəxəssislərin hazırlanmasına yardımın göstərilməsinə və müasir infokommunikasiya texnologiyalarının tətbiqinə köməyin göstərilməsi məqsədilə təsis olunub.

İttifaqın açılış mərasimində Rusiyanın informasiya texnologiyaları və rabitə naziri L.D.Reyman, BERİ-nin seçilmiş baş katibi Hamadun Ture, BERİ Standartlaşdırma bürosunun direktoru Malkolm Conson, BERİ Radiorabitə bürosunun direktoru V.V.Timofeyev, MDB iştirakçı-dövlətlərinin rabitə administrasiyalarının rəhbərləri iştirak edib.

Rusiya Federasiyasında zona nümayəndəliyinin yaradılması İKT inkişaf məsələləri üzrə strateji həllərin hazırlanması və elektron rabitəsi sahəsində ən böyük beynəlxalq forumlarda MDB iştirakçı-dövlətlərinin əlaqələndirilmiş mövqeyinin formalaşmasında Rusiya Federasiyasının lider rolunun gücləndirilməsi, rabitə xidmətlərinin dünya bazarında mövqeyinin möhkəmləndirilməsi, eləcə də BERİ və beynəlxalq arenada Rusiyanın nüfuzunun yüksəldilməsi baxımından mühüm siyasi əhəmiyyət kəsb edir.

Ehtimal olunur ki, BERİ zona nümayəndəliyinin fəaliyyəti BERİ -nin və MDB ölkələrinin elektron rabitəsi sahəsində birgə layihələrinin reallaşdırılmasına əlavə sərmayələrin cəlb olunmasını cəlb etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti