...

"Aztelekom" avadanlıq alınması üçün tender elan edib

Telekommunikasiya Materials 13 Dekabr 2006 18:29 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) avadanlıq alınması məqsədilə tender elan edib. İB-yə istinadən Trend bildirir ki, 6 ədəd RAD-RIC modeminin, 12 ədəd FOM-8 və 1 ədəd kopyuter-severin, ISDN-IP (səs) kartları və monitorun (TAC kartı üzrə) alınması planlaşdırılıb.

Tenderdə marağı olan şəxslər dekabrın 15-nə qədər təkliflərini "Aztelekom" İB-nin layihələndirmə şöbəsinə təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti