...

Azərbaycanın Rabitə Nazirliyi "NGN" şəbəkəsini genişləndirəcək

Telekommunikasiya Materials 14 Dekabr 2006 14:18 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyi "NGN" (Next Generation Network) şəbəkəsini genişləndirəcək. Nazirliyə istinadən Trend xəbər verir ki, bu məqsədlə "Azteloekom" İB tərəfindən artıq tender elan edilib. Tenderin predmetini Abşeron yarmadasında "NGN" şəbəkəsinin yaradılması təşkil edir.

Tenderdə marağı olan şəxslər ilkin sənədləri 2007-ci il yanvara 25-nə qədər, tender təklifləri olan paketlər isə fevralın 5-nə qədər təqdim edilməlidir. Tenderdə iştirakın dəyəri 3 min manatdır.

Tender proseduru fevralın 6-da Abşeron TKİ-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti