...

Azercell öz abunəçilərinə yeni xidmət tətbiq edir

Telekommunikasiya Materials 14 Dekabr 2006 19:05 (UTC +04:00)

Azercell Telecom birgə müəssisəsi Azərbaycan Beynəlxalq Bankının (ABB) müştəriləri olan abunəçilərinə yeni xidmətlər tətbiq etmək üçün işlər aparır. Trend in verdiyi xəbərə görə bu barədə bu gün şirkətin baş direktoru Həlim Atəş məlumat verib.

Onun sözlərinə görə, Azəricard prosessinq şirkəti ilə Azercell və ABB arasında bağlanmış sazişə əsasən texniki işlər aparılır. "Biz bu yeni xidməti 2007-ci ilin ikinci rübündə təqdim etmək ümidindəyik"- deyə Şirkətin başçısı qeyd edib.

Yeni xidmətin tətbiqindən sonra bankın müştəriləri olan Azercell abunəçiləri kommunal xərclərin ödənilməsi və başqa xidmətlərin də daxil olduğu hesabatları apara biləcəklər.

Xəbər lenti

Xəbər lenti