...

Azercell Telecom yeni Simurg xidmətini təqdim edib

Telekommunikasiya Materials 15 Dekabr 2006 16:48 (UTC +04:00)

Bu gün Azərbaycanın mobil operatoru - Azercell Telecom BM abunəçilərə yeni Simurg xidmətini təqdim edib. Trend xəbər verir ki, təqdimatda çıxış edən şirkətin baş direktoru Halim Atəş vurğulayıb ki, o, Azercell Telecom-un Azərbaycanda gördüyü işlərdən məmnundur və qeyd edib ki, şirkət bundan sonra da öz abunəçilərinə ən yeni xidmətlər təqdim edəcək.

"Azərbaycandakı fəaliyyətimizə başlayaraq, biz özümüz üçün müəyyən etdik ki, azərbaycanlılar ən yaxşısına layiqdirlər", - deyə H.Atəş bildirib.

Yeni Simurg xidməti (interaktiv informasiya və əyləncə xidməti) müasir texnologiyalar əsasında hazırlanıb və Azərbaycanda analoqu yoxdur. Rusiyadan sonra MDB məkanında bu xidmət Azərbaycanda tətbiq olunub.

Simurg- abunəçilər üçün fərdi informasiya vasitəsidir və bütün Azercell abunəçilərinə xəbərlər seçmək, daha ətraflı informasiya sifariş etmək imkanı verir.

Bu xidmətə qoşulmaq istəyənlər Azercell müştəri xidmətləri şöbəsinə müraciət etməli və Simurg xidmətini dəstəkləyən Sim-kart almalıdırlar. 3 ay ərzində 50% güzəştlə Sim-kartın dəyişdirilməsinin qiyməti 3 AZN olacaq. Simurg xidmətinə qoşulmaq pulsuzdur. Yeni Azercell abunəçiləri üçün satışda bu xidməti dəstəkləyən Sim-kartlar var.

Bu Sim-kartı alandan sonra abunəçi mobil telefonun menyusunda xidməti aktivləşdirməlidir. Sonra xidmətin sistemində aktivləşməsi üçün o, telefonu söndürüb yandırmalıdır.

Simurg mobil rabitə əsasında fəaliyyət göstərəcək. Yeni Sim-kartlar mobil rabitə menyusu ilə təchiz olunublar. Bu menyu əsas və yardımçı başlıqlardan ibarətdir. Mobil yayım abunəçinin istəyindən asılı olaraq, səssiz və ya səsli ola bilər. Abunəçi telefondan başqa məqsədlər üçün istifadə etdikdə, mobil yayım ekrandan itəcək. Zaman vahidində abunəçi ekranda bir mobil yayım kanalından məlumatı oxuya biləcək. Əvvəlcə mobil yayım xidməti Azərbaycan və rus dillərində təqdim olunacaq.

Abunəçinin telefonuna operativ şəkildə ən son xəbərlər, o cümlədən idman, biznes, əyləncə, oyun və yarış, musiqi, qoroskop, melodiyalar və s. daxil olacaq.

İnteraktiv mobil yayım çərçivəsində göstərilən xidmətlərə görə ödəniş üçüncü tərəfin təqdim etdiyi təminatın tarifindən asılı olaraq müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti