...

Azərbaycanın Zərdab rayonunda mərkəzi ATS yenidən qurulacaq

Telekommunikasiya Materials 19 Dekabr 2006 13:07 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinin Zərdab rayonundakı telekommunikasiya şəbəkəsi (TKŞ) tender elan edib. İB-yə istinadən Trend bildirir ki, tender bir lot üzrə elan edilib - rayon mərkəzi ATS-in yenidən qurulması.

Tenderdə iştirak 1100 manat təşkil edir. Tenderdə iştirak etmək istəyən şəxslər 2007-ci il fevralın 6-na qədər sənədlərini, təkliflər paketini isə 2007-ci il 13 fevraldan gec olmayaraq təqdim etməlidirlər.

Prosedurun özü 2007-ci il fevralın 14-də Zərdab TKŞ-də keçiriləcək.

"Aztelekom" İB Azərbaycan Rabitə Nazirliyinin əsas müəssisəlrindən biri sayılır. Bu birlik Bakı və Naxçıvan MR da daxil olmaqla bütün Azərbaycan ərazisində beynəlxalq və şəhərlərarası telefon rabitəsini təmin edir. Birliyin ixtiyarında 54 telekommunikasiya müəssisəsi, Bakı Şəhərlərarası Telefon Şəbəkəsi, Kabel Magistral Texniki Şəbəkə və Təmir-tikinti İdarəsi var.

Xəbər lenti

Xəbər lenti