...

"Azərcell" üç yeni beynəlxalq operatorla yeni rouminq xidməti təqdim edib

Telekommunikasiya Materials 20 Dekabr 2006 10:26 (UTC +04:00)

Azərbaycanın mobil operatoru "Azərcell Telecom" üç yeni beynəlxalq operatorla yeni rouminq xidməti təqdim edib. Şirkətin mətbuat xidmətinə istinadən Trend xəbər verir ki, mobil rabitənin operatorları - Amazonia Celular (Braziliya), Iipnet Croatia (Xorvatiya) və Iodafone (İspaniya) şirkətləridir.

Bu, şirkətin Braziliyanın mobil operatorları ilə sayca üçüncü, Xorvatiya ilə ikinci və İspaniya ilə dördüncü müqaviləsidir. Bu günə qədər "Azərcell" abonentləri "Claro" və "Telemig Celular" (Braziliya), "Croatian Telecom" (Xorvatiya), "Amena", "Airtel" və "Telefonica Moviles" (İspaniya ) kimi şirkətlərin xidmətindən istifadə ediblər və istifadədəyə davam edirlər.

Bu gün "Azercell Telecom" dünyanın 135 ölkəsindən olan mobil rabitə operatoru ilə 310 rouminq kontraktı bağlayıb.

Xəbər lenti

Xəbər lenti