...

Azərbaycan TAE Xəzər seqmentinin çəkilməsi barədə alternativ təklifləri nəzərdən keçirir

Telekommunikasiya Materials 20 Dekabr 2006 17:06 (UTC +04:00)

Azərbaycan və Qazaxıstan Xəzər sualtı seqmenti Trans-Asiya-Avropa optik magistral kabel xəttinin tikilməsi barədə danışıqları davam etdirir. Bu barədə Trend Azərbaycan Rabitə və İnformasiya Nazirliyinə istinadən xəbər verir.

Həmçinin bu sahədə təcrübəsi olan iri şirkətlərlə - Alcatel, McDermott, VSNL İnternational vəKDD Submarine Networks -danışıqlar davam edir. Digər alternativ təkliflərin öyrənilməsi də davam edir.

Layihənin reallaşacağı təqdirdə, Azərbaycan Azərbaycan regionda əsas tranzit dövləti olacaq. Layihə Orta Asiyaya bizim ölkədən tranzit vasitəsilə Türkiyə ilə birbaşa əlaqəyə imkan verəcək. Eyni zamanda Azərbaycan, Türkiyə, Gürcüstan və başqa ölkələr Qazaxıstan ərazisindən keçərək Çinlə əlaqə yaratmaq imkanı qazanacaq. TAE (Bakı- Aktau) Xəzər sualtı seqmentinin reallaşması layihəsinin Azərbaycan-Qazaxıstan tərəflərinin danışıqlar gündəliyinə salındığı ilk il deyil və bu danışıqlar hələ 1999-cu ildən başlamalı idi. Tərəflərdən birinin yekun razılaşmanın olmaması ilə bağlı olaraq tikinti hələ də həyata keçirilməyib. Nazirlitkdən qeyd olunduğu kimi, Azərbaycan tərəfi həmişə bu məsələ ilə bağlı təşəbbüs göstərib və Qazaxıstan tərəfi ilə çoxsaylı rəsmi görüşlər keçirilməsinə baxmayaraq, məsələ bu günkü günə qədər həll olunmayıb.

Bu gün Xəzər sualtı sahəsindən başqa Şanxaydan Frankfurta qədər TAE optik tel kabelinin bütün seqmentlərində tikinti işləri başa çatıb və buna görə TAE kabeli ilə informasiya mübadiləsi İran və Rusiya ərazisindən tranzit vasitəsilə həyata keçirilir ki, bu da magistralın təhlükəsizlyini azaldır və uzunluğunu artırır.

Hər iki ölkənin dövlət idarələrinin danışıqlarının birinci mərhələsi 2006-cı ilin fevralında baş tutub. Danışıqların gedişində Qazaxıstan tərəfi bəyan edib ki, kabel çəkilməsinin bir qisminin maaliyyələşməsi vəzifəsini öz üzərinə götürməyə hazırdır. Həmçinin Azərbaycxan nümayəndə heyətinin təmsilçiləri söyləyiblər ki, Azərbaycanın layihənin xərcəlrinin 50%-ni maalityyələşməsi üçün vacib imkanları var. Mütəxxəsislər bəyan edirlər ki, əvvəlki dövrlə müqayisədə indi bu layihəyə daha çox maraq göstərib, bu sonuncu görüşlərdə daha aydın görünür. Ola bilər ki, bu, Qazaxıstan telekommunikasiya bazarında yeni operatorların meydana çıxması izah olunur ki, bununla bağlı olaraq layihəni həyata keçirmək imkanları artıb. "Qazax-Telecom"la bahəm, layihəyə Qazaxıstan telekommunikasiya bazarında təcrübəsi olan "KazTransCom" da maraq göstərib. Bu şirkətin təmsilçiləri ilə görüşdə qeyd olunub ki, "KazTransCom" maliyyələşməyə 50% xərc çəkməyə hazırdır. Öz növbəsində əgər hər iki tərəf, AR Rabitə Nazirliyi və Qazaxıstanın rabitə
və informatiizasiya üzrə Agentliyi ümumi razılığa gəlsə Azərbaycan tərəfi bu şirkətlə işləmək üçün heç bir problem görmür. Bu gün Azərbaycanda 10% fibrooptik xəttlər istifadə olunur.

Xəbər lenti

Xəbər lenti