...

Cisco və Azərbaycan Rabitə Nazirliyi Elektron hökümət üzrə birgə seminar keçiriblər

Telekommunikasiya Materials 20 Dekabr 2006 18:32 (UTC +04:00)

Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Cisco şirkəti ilə "E - hökümət: problemlər və həllər" adlı birgə seminar keçirilib. Tədbirin başlıca məqsədi elektron hökümət sahəsində şirkətin təcrübəsi ilə tanışlıq və bu təcrübənin Azərbaycanda tətbiq olunması imkanından ibarətdir.

Nazirlikdən Trend ə verilən xəbərə görə, seminarı çıxış nitqi ilə açan rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov e-hökümət üzrə prezident İlham Əliyevin 21 oktyabr 2005-ci ildə təsdiq etdiyi 2005-2008-ci illərdə Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramı çərçivəsində keçirilmiş tədbirlər haqqında danışıb.

Ə.Abbasov vurğulayıb ki, hazırda ölkənin qeyri-neft sektoruna maraq artır, artıq bir sıra böyük İKT şirkətləri Azərbaycanda öz nümayəndəliklərini açıblar.

Sonra "Azərbaycanda e-hökümətin hazırki statusu və gələcək perspektivlər" mövzusunda təqdimatla "Milli elektron idarəetmə şəbəkəsinin təşəbbüsü" (National E-Governance Network Initiative) layihəsinin rəhbəri İlyas Naibov-Əylisli və "e-hökümət təcrübəsi haqqında və Azərbaycanda E-hökümət layihəsinin reallaşdırılması strategiyasının metodologiyası" təqdimatı ilə Cisco şirkətinin nümayəndəsi Asya Rudkovskaya çıxış edib.

Daha sonra bu məsələlər ətrafında müzakirələr aparılıb, bir sıra nazirlik, komitə nümayəndələri, İKT üzrə layihələrin, qeyri-hökümət təşkilatlarının və Azərbaycan Milli elmlər akademiyasının informasiya texnologiyalarının rəhbərləri çıxış edib.

Seminarı rabitə naziri Ə.Abbasov öz nitqi ilə bağlayıb və gələcəkdə də analoji tədbirlərin keçirilməsi zərurətini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti