...

Azərbaycan Rabitə Nazirliyi Azərbaycan dilində İnternet resurslarının çatışmaması məsələsini həll edir

Telekommunikasiya Materials 22 Dekabr 2006 14:03 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan dilində İnternet resurslarının çatışmaması məsələsini həll edir. Bu barədə Trend rabitə naziri Əli Abbasova istinadən xəbər verir.

Onun sözlərinə görə, Azərbaycanda "az" domenlərindən istifadə ona görə səmərəli deyil ki, bu, domenin idarə edilməsi sistemi Azərbaycanda deyil, xaricdə yerləşir.

"Artıq bir neçə aydır ki, biz bu məsələni həll edirik. Yaxın vaxtlarda bu sistem Azərbaycana köçürüləcək", - deyə o bildirib.

Digər mühüm məsələ - ona kimi rəhbərlik edəcəyi məsələsidir.

"Dünya təcrübəsində belə qəbul olunub ki, idarəetmə kollektiv əsasda həyata keçirilməlidir. Biz bu məsələnin həllini tapdıq. Domenlərin fəaliyyətinin əlaqələndirilməsi üzrə xüsusi ictimai şura təsis olunub. Şuranın tərkibinə həm dövlət, həm də özəl sektor müəssisələrinin nümayəndələri daxildir", - deyə nazir vurğulayıb.

Ə.Abbasov hesab edir ki, bu tədbirlər, şübhəsiz, müsbət nəticələrə səbəb olacaq.

Hazırda Azərbaycanda 1993-cü ildən etibarən qeydiyyatdan keçmiş "az" domenlərinin sayı 3 mini ötür.

Bundan başqa, prosesin stimullaşdırılması məqsədilə bu il oktyabrın 1-dən Azərbaycanda domenlərin qeydiyyat tarifləri 33% aşağı salınıb.

Milli AZ domeni 25 avqust 1993-cü il tarixində qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti