...

"Azərcell" şəbəkənin təkmilləşdirilməsi ilə bağlı işlər aparır

Telekommunikasiya Materials 25 Dekabr 2006 14:26 (UTC +04:00)

Azərbaycanın mobil operatoru "Azərcell Telecom" BM şəbəkəsinin təkmilləşdirilməsi ilə bağlı işlər aparır. Bazar ertəsi şirkətin mətbuatda işıqlandırılmış məlumatına istinadən Trend xəbər verir ki, dekabrın 26-da gecə saat 00:00-dan etibarən və günün birinci yarısı Bakının bəzi yerlərində qəbul edilən və çıxan zənglərdə texniki çətinliklər ola bilər.

Əlaqənin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə şirkət mütəmadi olaraq analoji işlər həyata keçirir. Bu gün "Azərcell Telecom" abunəçilərinin sayı 2,3 mln. nəfəri keçir, şirkət yeni işə başlayanda isə - 1997-ci ildə bu göstərici cəmi 10 min olub. Şirkət Azərbaycan ərazisinin 78,4%-ni və respublika əhalisinin 98,8%-ni mobil əlaqə ilə əhatə edir, 130-dan çox dünya ölkəsinin 300-dən artıq operatoru ilə rouminq əlaqəsi var.

"Azərcell Telecom" 1996-cı il yanvarın 19-da yaradılıb. İlk təsisçilər "Turkcell İletişim Hizmetleri A.S." və Azərbaycan Rabitə Nazirlyi olub. Şirkət fəaliyyətə 15 dekabr 1996-cı ildə sonradan ödəmə yolu ilə (abunə yolu ilə) başlayıb. 1998-ci ildə əvvəlcədən ödəmə sistemi - SimSim tarif planı tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti