...

Azərfon Azərbaycanda 3G xidmətlərini tətbiq etmək fikrindədir

Telekommunikasiya Materials 27 Dekabr 2006 13:30 (UTC +04:00)

Azərfon Birgə müəssisəsi (BM) üçüncü nəsil (3G) rabitə texnologiyaları xidmətlərini tətbiq etmək niyyətindədir. Trend xəbər verir ki, bu barədə şirkətin baş direktoru Con Armli məlumat verib.

Onun sözlərinə görə, hələ şirkət bu xidmətlərin göstərilməsi üçün icazə almayıb, bu istiqamətdə işlər görülür.

"Biz Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə danışıqları davam etdiririk və 2007-ci il ərzində bu xidmətləri göstərməyə başlayacağıq", - deyə şirkət başçısı bildirib.

Qeyd edək ki, Azercell Telecom BM ölkə ərazisində bu cür xidmətlərin göstərilməsi üçün lisenziyanın alınması ilə bağlı artıq Rabitə Nazirliyinə müraciət edib. əvvəl Azercell Telecom şirkətinin başçısı Halim Atəş qeyd edib ki, onun şirkəti həmçinin 2007-ci ildən etibarən 3G xidmətlərini tətbiq etməyə başlayacağına ümid edir.

3G standartı Beynəlxalq Elektron Rabitə İttifaqı (International Telecommunication Union, ITU) tərəfində hazırlanıb və IMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır.

Başlıca məqsəd - qlobal rouminqin təmin olunması üçün üçüncü nəsil sistemlərinin harmonizasiyasıdır, hazırda buna nail olmaq çətindir, belə ki, onların çoxu müxtəlif standartlarda işləyirlər: IMT -2000 abbreviaturası altında 5 standart, məhz: W-CDMA, CDMA2000, TD-CDMA/TD-SCDMA, DECT və UWC-136 standartları birləşib.

Onların beşindən yalnız üçü - W-CDMA, CDMA2000 və TD-CDMA/TD-SCDMA makro-, mikro- və pikosotlarda tam ödəməni təmin edirlər və ona görə də faktiki olaraq, yalnız onlar tamdəyərli 3G-həllər qismində nəzərdən keçirilə bilər. Qalan standartlar sırasında DEST, xüsusilə, ev və ofis təyinatlı simsiz telefonlarda istifadə olunur. Bundan başqa, o, kiçik xidmət sahəsi ilə 3G hot-spotların təşkili üçün tətbiq oluna bilər (bu baxımdan onu "böyük" 3G-şəbəkənin yarımçoxluğu kimi nəzərdən keçirmək olar). Və nəhayət, UWC-136 - sadəcə olaraq adətən 2,5G sisteminə aid edilən EDGE texnologiyasının başqa adıdır.

IMT-2000 standartlarına əsasən üçüncü nəsil mobil rabitə dedikdə, məlumatların ötürülməsinin aşağıdakı sürətlərini təmin edən inteqrasiya olunmuş şəbəkə başa düşülür: yüksək sürətli abunəçilər üçün (120 km/saata qədər) - ən azı 144 kbit/s, aşağı sürətli abunəçilər üçün (3 km/saata qədər) - 384 kbit/s, qısa məsafələrdə hərəkətsiz obyektlər üçün - 2,048 Mbit/s.

Xəbər lenti

Xəbər lenti