...

Azərbaycan İTU ilə milli peyk üçün orbitin müəyyənləşməsi üzrə işlər aparır

Telekommunikasiya Materials 27 Dekabr 2006 19:53 (UTC +04:00)

Azərbaycan Beynəlxalq ElektroRabitə Şurası ilə (İTU International Telecommunication Union) milli rabitə peyki üçün orbit müəyyənləşməsi üzrə işlər aparır. Bu barədə Trend ə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları nazirliyindən xəbər veriblər.

Hazırda Beynəlxalq təşkilatın rabitə peyki üzrə ixtisaslaşmış nümayəndəsi Bakıda rabitə nazirliyi mütəxəsissləri ilə iş aparır.

"Radiotezliyin müəyyənləşməsi, orbital mövqe və bundan qaynaqlanan başqa məsələlər üzrə işlər aparırıq"-deyə idarədə qeyd ediblər.

"Bu məsələ 2007-ci ilin noyabrında keçiriləcək Ümumdünya radirabitə konfransının gedişində müzakirə olunacaq. Ümid edirik ki, onun yekunları Azərbaycanın xeyrinə olan qərar olacaq"-deyə dövlət strukturundan bildiriblər.

Rabitə nazirliyinin bu ilin noyabrında keçirilmiş iclasında peykin texniki parametrləri müzakirə olunub və yüngülçəkili xüsusi peykin hazırlanması məqsədəuyğun hesab olunub.

Xəbər lenti

Xəbər lenti