...

Rabitə Nazirliyi "Elektron Azərbaycan" dövlət proqramının illik yekunlarını müzakirə edəcək

Telekommunikasiya Materials 29 Dekabr 2006 21:01 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları nazirliyi, yanvarın birinci yarısında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramının ("Elektron Azərbaycan") illik fəaliyyətinin yekunlarının müzakirəsinə dair geniş konfrans keçirəcək.

Nazirlikdən Trend ə verilən xəbərə görə, tədbirlərin yanvarın 10-dan 15-dək keçirilməsi planlaşdırılır. Dəqiq tarix sonra müəyyən olunacaq. Bu dövlət səviyyəli bir tədbir olacaq və onun işindəölkənin müxtəlif dövlət idarələrinin vəzifəli şəxsləri iştirak edəcək. Bununla yanaşı, konfransın gedişində, nazirlik yeni portalının təqdimetməsini keçirməyi planlaşdırır.

"Elektron Azərbaycan" dövlət proqramı 2005-2008-ci illəri əhatə edir və iqtisadi-struktur islahatlarının keçirilməsi, rabitə və informasiya texnologiyaları sahəsində modernləşmə və genişləndirmə, informasiya cəmiyyətinə keeçidi təmin edən layihələrin gerçəkləşməsinə hazırlıq məqsədinə yönəlib. Dövlət proqramının əsas məqsədi Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafının təmin olunması, həmçinin, ölkədə İKT-nin inkişafı üzrə Milli Strategiyanın reallaşmasının təmin olunması, bu məqsədlə fəaliyyət istiqamətində layihələrin icra olunmasından ibarətdir. Nəzərdə tutulmuş proqram çərçivəsində tədbirlərin həyata keçirilməsi nəticəsində müasir tələblərə uyğun rabitə və informasiya texnologiyaları infrastrukturlarının yaradılması və informasiya cəmiyyətinə keçidin əsaslarının yaradılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti