...

Azərbaycan və İran teleradioyayım sahəsində birgə komissiya yaradıblar

Telekommunikasiya Materials 1 Fevral 2007 18:53 (UTC +04:00)

Cümə axşamı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İranın Televiziya və Radio Yayımları Təşkilatının nümayəndə heyəti ilə görüşün yekunlarına görə, teleradioyayım sahəsində məsələlərin həlli üçün birgə komissiya və ekspertlər qrupunun yaradılması haqqında qərar qəbul olunub.

Trend nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, rabitə naziri Əli Abbasov bugünkü görüş zamanı İranın teleradioyayım şirkətinin sədri İzətollah Zarqamiyə ölkədə informasiya texnologiyaları sahəsində aparılan tədbirlər haqqında məlumat verib, Azərbaycan və İran arasında bütün sahələr, o ücmlədən informasiya texnologiyaları sahəsində də sürətli inkişafın olduğunu vurğulayıb.

Teleradioyayımın keyfiyyətinin yaxşılaşdırılması, efir məkanının nizamlanması haqqında fikir mübadiləsi aparılıb.

İranın nümayəndə heyətinin başçısı qeyd edib ki, deyilən məsələlər üzrə nazir Ə.Abbasovun fikri ilə tamamilə razıdır.

İranın teleradioyayım şirkəti ölkənin təxminən 40 teleradiokanalını birləşdirir. Bu sahədə bir neçə min nəfər çalışır. Teleradioyayım şirkətinin sədrini İranın ali lideri təyin edir.

Səfər zamanı həmçinin bir sıra sənədlərin imzalanacağı istisna olunmur. İranın komitə başçısının Azərbaycana səfərinin əsas məqsədi - ikitərəfli münasibətlərin möhkəmlənməsi, bir sıra texniki münasibətlərin müzakirəsi, o cümlədən informasiya texnologiyaları istehsalı sahəsində əməkdaşlığın möhkəmlənməsidir.

Xəbər lenti

Xəbər lenti