...

Azərfon Bakı və Azərbaycanın regionları üzrə şəbəkənin intensiv test yoxlamalırını aparır

Telekommunikasiya Materials 1 Fevral 2007 19:21 (UTC +04:00)

"Azərfon" şirkətinin rəhbəri Con Armlinin Trend ə verdiyi məlumata əsasən, Azərbaycanın yeni mobil operatoru - Azərfon BM sistemin intensiv texniki test yoxlanmasını aparır.

Onun sözlərinə görə, şirkət marketinq proqramını tamamlayır və Bakıda, Abşeron yarımadasında və Naxçıvanda, Gəncə, Mingəçevir, Quba, Lənkəranda satış mərkəzlərini müəyyənləşdirir.

C. Armlinin sözlərinə görə, operatorun xidmətlərinin tarifi yerli mobil rabitəsi bazarında olan tariflərlə güclü rəqabət aparacaq.

Azərfon özünün Nar Mobile ticarət brend-markasını 2006-cı il dekabrın sonunda təqdim edib.

Xəbər lenti

Xəbər lenti