...

Microsoft şirkəti Windows Iista i Microsoft Office 2007-nin lokallaşdırılmış versiyasının Azərbaycanda satışına hazırlaşır

Telekommunikasiya Materials 5 Fevral 2007 16:31 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycanda Microsoft Windows Iista - nın yeni Azərbaycan versiyası məhsulu meydana gələcək.

Microsoft-un Azərbaycan ofisinin partnyorlarla iş üzrə meneceri Məmməd Orucovun Trend ə verdiyi məlumata əsasən, məhsulun lokallaşdırılması prosesi başa çatıb.

"Bu gün məhsulun buraxılmasının dəqiq vaxtını demək çətindir, lakin bu çox yaxınlarda baş verəcək", deyə o, qeyd edib.

Şirkətin yeni məhsulunun lokallaşdırılması layihəsi Microsoft-un təşəbbüsü və sponsorluğu ilə və korporasiya ilə Azərbaycandakı rəsmi partnyorları arasında imzalanmış layihələr çərçivəsində həyata keçirilir.

Microsoft Windows Iista üzrə iş yerli Sinam Ltd. şirkəti ilə birgə həyata keçirilir. Bu günə qədər Microsoft şirkətinin məhsulları dünyanın 45-dən artıq dilinə tərcümə olunub və personal kompüterlərin əksəriyyəti ilə uyğunlaşdırılıb.

Windows Iista™ əməliyyat sisteminin və Microsoft® Office 2007 proqram pakeitinin reallaşdırılması şəxsi istifadəçilər üçün 2007-ci ilin martın 31-nə təsadüf edir. Artıq bu gün onları 70 ölkədə, 18 dildə (ilin sonunadək 99 dilə tərcümələrin hazırlanması planlaşdırılıb) və 39 min müxtəlif pərakəndə satış nöqtələri və İnternet-mağazalarında əldə etmək olar.

Microsoft şirkətinin Azərbaycan nümayəndəliyi 2006-cı ilin fevralından fəaliyyət göstərir. Nümayəndəliyin vəzifələrinə proqram təminatının satışı və irəliləməsini təşkil etmək, informasiya texnologiyaları bazarının inkişafı, həmçinin Azərbaycan ərazisində yeni texnologiyaların tətbiq edilməsi və lokallaşdırılması daxildir.

Xəbər lenti

Xəbər lenti