...

Azərbaycan Rabitə Nazirliyi telekommunikasiya sahəsinə investisiyaları artırmağı planlaşdırır

Telekommunikasiya Materials 9 Fevral 2007 12:27 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə bildiriblər ki, 2007-ci ildə nazirlik tərəfindən 29 mln. manat həcmində investisiya yatırılması proqnozlaşdırılır.

2006-cı ildə Rabitə Nazirliyinin investisiya proqnozu 25 mln. manat təşkil edib. 2007-ci il üçün gəlir 162 mln. manat müəyyən edilib, 2006-cı ildə isə bu göstərici 152 mln. manat olub.

Keçən il Rabitə Nazirliyi müəssisələri tərəfindən qoyulan vəsaitlərin həcmi təxminən 42 mln. manat, 9,3% artımla gəlir 170,8 mln. manat olub.

2006-cı ildə telekommunikasiya sahəsi üzrə qoyulan vəsaitlərin ümumi həcmi 211,6 mln. manata çatıb ki, bu da ölkə iqtisadiyyatına yönəlmiş investisiyaların 3,5%-ni təşkil edib.

Xəbər lenti

Xəbər lenti