...

"FACP" konsaltinq şirkəti "Azerpocht" üçün təkliflər hazırlayır

Telekommunikasiya Materials 10 Fevral 2007 13:31 (UTC +04:00)

"FACP" konsaltinq şirkəti Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azerpocht" Dövlət Müəssisəsi (DM) üçün təkliflər hazırlayır.

Dünya Bankı (DB) ilə birgə həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində seçilmiş və əsas komponenti ölkənin poçt sisteminin modernləşdirilməsi olan şirkət işinə 2007-ci il yanvarın ikinci yarısında başlayıb.

"FACP" DM üçün müxtəlif istiqamətlər üzrə təkliflər paketi hazırlamalıdır: layihə planı üzrə nəzərdə tutulmuş tətbirlərin tətbiq edilməsi üçün şərtlərin öyrənilməsi, mühasibat proqram təminatı ilə bağlı, poçt şəbəkəsində yeni struktur dəyişikliklər, texniki və institusional islahatların realizəsi üçün bütün lazımi şərtlər.

Xəbər lenti

Xəbər lenti