...

Azərbaycan Estoniya ilə MTF/STEFI üzrə pul köçürmələrinin tətbiq edilməsi məsələsini müzakirə edəcək

Telekommunikasiya Materials 10 Fevral 2007 14:15 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Estoniya ilə MTF/STEFI sistemi üzrə iikitərəfli poçt pul köçürmələrini tətbiq etmək niyyətindədir. Bu barədə Trend ə şənbə günü Rabitə Nazirliyindən bildiriblər.

Nazirlikdən bildiriblər: "Biz apreldə Kiyevdə keçiriləcək rabitə sahəsində Regional Birlik (RRB) Komissiyasının poçt əlaqəsi üzrə 24-cü birgə iclası çərçivəsində və RRB poçt əlaqəsi Operatorlar Şurasının 13-ü iclası çərçivəsində Estoniya ilə əməkdaşlığın mümkün yollarını müzakirə etmək niyyətindəyik".

MTF/STEFI üzrə elektron poçt pul köçürmələrini Azərbaycan Rusiya, Moldova, Belorus, Ukrayna, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri ilə həyata keçirir.

Xəbər lenti

Xəbər lenti