...

Azərbaycan və Gürcüstan yerüstü poçt mübadiləsini dayandırıb

Telekommunikasiya Materials 12 Fevral 2007 17:40 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə bildiriblər ki, Azərbaycan və Gürcüstan arasında yerüstü poçt mübadiləsi dayandırılıb. Bunun səbəbi Gürcüstan tərəfindən poçt göndərmələrinin həcminin azalması olub.

Nazirlikdən bildiriblər: "Gürcüstan tərəfi poçt göndərmələrini təyyarə vasitəsilə həyata keçirməyi daha səmərəli hesab edir. Mübadilənin bərpası yalnız poçt göndərmələrinin həcminin artdığı təqdirə baş verə bilər".

Gürcüstan və Azərbaycan arasında yerüstü poçt mübadiləsi 2006-cı ilin iyulunda başlayıb. Azərbaycan yerüstü poçt daşımalarını yalnız İranla həyata keçirir. "Niyyət" protokolu imzalanmış Rusiya ilə də bu saəhədə danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti