...

Azərbaycan İnternetin idarə olunması üzrə müzakirələrdə iştirak etməyi planlaşdırır

Telekommunikasiya Materials 13 Fevral 2007 16:43 (UTC +04:00)

Azərbaycan İnternetdən istifadənin idarə olunması məsələləri üzrə Forumun növbəti sessiyasında iştirak edəcək. O, noyabrın 12-15-də Braziliyada keçiriləcək. Bu barədə Trend BMT-yə istinadən xəbər verir.

Forumun ilk görüşü 2006-cı ilin oktyabr ayında Afinada keçirilib. Görüş zamanı Forumun nümayəndələri İnternetə çıxış məsələlərini, təhlükəsizlik problemlərini, eləcə də İnternetin açıqlığı, onun səhifələrində fikrin sərbəst ifadə olunması imkanı ilə bağlı problemləri müzakirə ediblər. Bütün bu məsələlər üzrə Forumun tövsiyyələri qəbul olunub.

Azərbaycan həmçinin Forumun iclaslarında fəal şəkildə iştirak edir. Sonuncu dəfə Afinada "İnternetin inkişaf məqsədilə idarə olunması" mövzusunda keçirilən forumun iclasında "Elektron idarəetmənin milli şəbəkəsinin təşəbbüsü" layihəsinin direktoru İlyas Naibov-Əylisli, AzNet layihəsinin rəhbəri Murad Maqsudov və UNDP nümayəndəsi Elnur Xəlilov iştirak edib. Azərbaycan həmçinin forumun Rio-de-Janeyroda keçiriləcək görüşündə də iştirak etməyi planlaşdırır.

İntertdən istifadənin idarə olunması üzrə Forumun yaradılması haqqında qərar 2005-ci ilin noyabr ayında Tunisdə informasiya cəmiyyətinin məsələləri üzrə yüksək səviyyədə keçirilən ümumdünya görüşündə qəbul olunub. Qlobal şəbəkənin inkişaf siyasəti məsələləri üzrə çoxtərəfli dialoqun təmin olunması üçün BMT-nin Baş katibinə Forumun çağırılması həvalə olunub.

2006-cı ilin mart ayında Cenevrədə İnternetdən istifadənin idarə olunması üzrə Forumun fəaliyyətinin təşkilinə yardımın göstərilməsi üçün Katiblik yaradılıb.

Xəbər lenti

Xəbər lenti