...

Azercell şəbəkənin təkmilləşdirilməsi zamanı pozuntuların olacağı ilə bağlı xəbərdarlıq edib

Telekommunikasiya Materials 14 Fevral 2007 14:49 (UTC +04:00)

Azərbaycanın mobil operatoru Azercell Telecom BM abunəçilərini fevralvn 15-dən 01:00-dan səhərə qədər kiçik məlumatların (SMS) həyata keçirilməsi xidmətinin göstərilməsində mümkün ola bilən pozuntular barədə xəbərdarlıq edib. Şirkətin rəsmi mətbuatda yaydığı məlumatına əsasən, Trend bildirir ki, bu operator şəbəkəsinin təkmilləşdirilməsi işi ilə əlaqədardır.

Şirkət dövri olaraq əlaqə keyfiyyətini yaxşılaşdırmaq məqsədilə analoji işlər aparır.

Bu gün Azercell Telecom-un abunəçiləri 2,3 milyon insandan çoxdur. Bu göstərici şirkətin fəaliyyətinin başlanğıcında - 1997 -ci ildə cəmi 10 min insan təşkil edib. O, Azərbaycan ərazisinin 78,4% və respublika əhalisinin 98,8%-ni mobil rabitə ilə əhatə edir. Dünyanın 130-dan çox dövlətindən olan 300 operatorla rouminq müqavilələri var.

Azercell Telecom BM-nin əsası 1996-cı il yanvarın 19-da qoyulub. İlk təsisçilər kimi Turkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi çıxış edib. Şirkət sonradan ödəmə əsasında abunəçilərinə mobil rabitə xidməti təklif edərək 1996-cı ilin dekabrın 15-də fəaliyyətə başlayıb. 1998-ci ildə Sim Sim tarif planı - öncədən ödəmə sistemi tətbiq olunmağa başlayıb.

Xəbər lenti

Xəbər lenti