...

Azərbaycanın Rabitə Nazirliyi vergi və gömrük qanunvericiliyində dəyişikliklərin edilməsi üzrə təkliflər hazırlayır

Telekommunikasiya Materials 15 Fevral 2007 18:38 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi vergi və gömrük qanunvericiliyində dəyişikliklərin edilməsi üzrə təkliflər hazırlayır. Trend xəbər verir ki, bu barədə cümə axşamı rabitə naziri Əli Abbasov Xəzər İnteqrasiya İşgüzar Klubu (CIBC) şirkətlərinin görüşündə bildirib.

Onun sözlərinə görə, təkliflər paketi Azərbaycada regional innovasiya zonasının yaradılması layihəsi çərçivəsində hazırlanır.

"Məqsədimiz xarici investorların layihənin reallaşdırılması prosesinə cəlb olunmasına nail olmaqdan ibarətdir və bizim fikrimizcə, bu layihəni, ilk növbədə, gömrük və vergi güzəştlərinin tətbiqi ilə həyata keçirmək olar", - deyə nazir bəyan edib.

Bununla yanaşı, xüsusi işçi qrupu tərəfindən belə mərkəzlərin yaradılmasında dünya təcrübəsi öyrənilir, Booz Allen Hamilton şirkətinin simasında konsaltinq şirkətinin seçimi həyata keçirilib.

Regional və innovasiya zonası layihəsi kiçik və orta innovasiya sahibkarlığının inkişafı üçün texnoparkların yaradılmasını, elektron avadanlıq və proqram məhsullarının istehsalı və ixracı üzrə regional bazanın yaradılması, ölkənin sərfəli tranzit informasiya mərkəzinə (Data Centre) çevrilməsi, formalaşan informasiya cəmiyyəti üçün insan resurslarının hazırlanması və inkişafı, eləcə də İKT-nin başqa sahələrdə tətbiqini nəzərdə tutur.

Layihə reallaşdırıldığı halda, Azərbaycan, o cümlədən də bütün Xəzər bölgəsi sahibkarlığın inkişafına xidmət edəcək, yeni iş yerləri açılacaq ki, bu da yüksək iqtisadi artıma səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti