...

AzEuroTel rəhbəri: MDB məkanında stasionar tlefonlara olan ən aşağı abonent ödəmələri Azərbaycandadır

Telekommunikasiya Materials 15 Fevral 2007 20:38 (UTC +04:00)

Bu gün MDB məkanında ən aşağı abunə ödəməsi Azərbaycandadır. Bu barədə Trend ə Xəzər İnteqrasiya İşgüzar Klubunun (CIBC) Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşündə Azeurotel-in baş direktoru Nuri Əhmədov məlumat verib. Onun sözlərinə görə, ölkədə mobil xidmətlərlə bağlı vəziyyət başqa cürdür. "Stasionar telefon üçün aylıq ödəmənin mobil operatoru vasitəsilə danışığın bir dəqiqəsi üçün ödənilən məbləğə bərabər olduğunu fikirləşəndə, tariflərin qaydaya salınmasına ehtiyac duyulur", deyə şirkətin rəhbəri qeyd edib.

N. Əhmədov hesab edir ki, rabitə nazirliyinin Azərbaycanda şəhərdaxili zənglərə limitin tətbiq etməsi təşəbbüsü tamamilə əsaslandırılıb və ədalətlidir. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi aylıq abunə ödəmələrinin artılıması mümkünlyü ilə bağlı təkliflə Tarif Şurasına müraciət edib.

Xəbər lenti

Xəbər lenti