...

Azərbaycan Səhiyyə Nazirliyi tibb müəssisələri arasında elektron şəbəkə proqramını işləyib hazırlayır

Telekommunikasiya Materials 16 Fevral 2007 18:04 (UTC +04:00)

Azərbaycan Səhiyyə Nazirliyi 300 tibb müəssisələri arasında elektron şəbəkə proqramını işləyib hazırlayır. Trend xəbər verir ki, bu barədə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev İnternet-forumda bildirib.

İşlər 2005-2008-ci illər üçün Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramı ("Elektron Azərbaycan") çərçivəsində həyata keçirilir.

Dövlət tibb müəssisələrinin İnternet resurslarının yaradılması nəzərdə tutulub və artıq şəbəkə yaradılıb və bu şəbəkə üzrə tibb müəssisələrindən, o cümlədən Azərbaycan bölgələrindən bütün operativ məlumat toplanır.

Xəbər lenti

Xəbər lenti