...

"Aztelekom" TKŞ üçün FSM avadanlığı alacaq

Telekommunikasiya Materials 19 Fevral 2007 17:03 (UTC +04:00)

"Aztelekom" İstehsalat Birliyinin (İB) Göyçay Telekommunikasiya Şəbəkəsi (TKŞ) əhalinin rabitə ilə bağlı tələbatını ödəmək niyyətindədir. TKŞ-ya istinadən Trend xəbər verir ki, bu məqsədlə sərbəst tutumlu EATS-ın istismarı üçün 58 dəst FSM avadanlığının alınması ilə bağlı kotirovka sorğusu elan edilib. Avadanlığın alınması 2007-ci ildə həyata keçirilməlidir.

Kotirvka təklifləri fevralın 27-nə qədər TKŞ-də qəbul ediləcək.

"Aztelekom" İB Bakı və Naxçıvan MR də daxil olmaqla bütün respublika ərazisində beynəlxalq və şəhərlərarası telefon rabitəsini təmin edir.

İB-nin tərkibində 54 telekommunikasiya müəssisəsi, Bakı Beynəlxalq Telefon Şəbəkəsi, Kabel Magistral Texniki Şəbəkə və Təmir-Tikinti İdarəsi var.

Xəbər lenti

Xəbər lenti