...

Azərbaycan kibercinayətkarlıq üzrə Beynəlxalq konvensiyaya qoşulmaq niyyətindədir

Telekommunikasiya Materials 20 Fevral 2007 13:35 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Avropa Şurasının kibercinayətkarlıq üzrə Beynəlxalq konvensiyasına qoşulmağa hazırlaşır. Bu barədə Trend ə çərşənbə axşamı nazirlikdən məlumat verilib.

Rabitə naziri Əli Abbasovun təşəbbüsü ilə bu məsələ ilə bağlı təkliflər hazırlanıb və onlar dövlətdaxili prosedurdan keçirlər. Sonra təkliflər və rəylər ümumiləşdiriləcək və son təkliflər işlənib hazırlanacaq.

Konvensiya 1 iyul 2004-cü il tarixində qüvvəyə minib. O, Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 109-cu sessiyada (8 noyabr 2001-ci il) qəbul olunub. Konvensiya kibercinayətkarlıq məsələləri üzrə Beynəlxalq konfrans zamanı 2001-ci il noyabrın 23-də Budapeştdə imzalanmaq üçün açıq olub.

Beynəlxalq konvensiya İnternetdə və digər kompüter şəbəkələrində törədilmiş cinayət məsələləri üzrə ilk beynəlxalq müqavilədir və o cümlədən, müəllif hüququ və qarışıq hüquqların pozulması hallarına baxır. O, kibercinayətkarlığa qarşı ümumi siyasətin aparılmasına yönəldilib. Onun məqsədlərindən biri milli cinayət qanunvericiliklərinin harmonizasiyasıdır. Bundan başqa, razılığa gələn dövlətlər kompüter şəbəkələrində törədilmiş qanun pozuntularının məhkəmə qaydasında araşdırılması və məhkəməyə cəlb olunması imkanını verən, beynəlxalq əməkdaşlığın kəsərli rejiminin nəzərdə tutulduğu daxili cinayət-prosessual qanunvericiliyə malik olmalıdırlar.

Ekspertlərin fikrincə, Azərbaycan üçün Kibercinayətkarlıq haqqında Konvensiyaya qoşulmaq Azərbaycanın İnternet-resurslarına müdaxilə etmək məsələsinin beynəlxalq səviyyədə həllinə müsbət təsir göstərə bilərdi.

Xəbər lenti

Xəbər lenti