...

Amerikanın "Cisco Systems" şirkətinin Azərbaycandakı ofisinin başçısı təyin olunub

Telekommunikasiya Materials 21 Fevral 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycan Rabitə və İnformasya Texnologiyaları Nazirliyindən bildiriblər ki, Amerikanın "Cisco Systems" şirkətinin Azərbaycandakı başçısı təyin olunub. Bakı ofisinin başçısı bundan öncə "Elektron idarəetmə milli şəbəkəsi təşəbbüsü" (National E-Governance Network Initiative) layihəsinin direktoru vəzifəsində çalışan İlyas Naibov olub. Ofisin Bakıda açılması barədə rəsmi elan yaxın zamanlarda olacaq.

MDB məkanında "Sisco Systems" 1995-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin ofisləri Almatada, Kiyevdə, Moskvada, Sankt-Peterburqda və Daşkənddə açılıb. Qafqaz ölkələri arasında şirkətin ilk nümayəndəliyi Azərbaycanda açılır.

"Cisco Systems" şirkəti İnternet şəbəkəsi üçün avadanlıq və kompleks işlərin aparıcı təadrükçüsüdür. Şirkətin şəbəkə işləri informasiyanın effektli mübadiləsini təmin edir ki, bu da məsrəflərin azaldılmasına və müəssisələrin müştərilərlə, tədarükçü və tərəfdaşlarla daha sıx əlaqə yaratmasına imkan verir. "Cisco"nun fəaliyyəti bütün dünyada minlərlə şirkət, şəbəkə xidmətləri tədarükçüləri, universitet və dövlət müəssisələrinin şəbəkəsinin əsasını təşkil edir. İnternet şəbəkəsinin 80%-dən çoxu "Cisco" avadanlığı üzərində qurulub.

Xəbər lenti

Xəbər lenti