...

Azərcell yeni GPRS/MMS rouminq xidmətini təqdim edib

Telekommunikasiya Materials 23 Fevral 2007 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva / Azərbaycanın mobil operatoru - Azercell Telecom BM Finlyandiyanın "Elisa" operatorunun iki şəbəkəsi ilə GPRS/MMS rouminq xidmətini abunəçilərə təqdim edib. Bu barədə Azercell şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bu - operatorun Finlandiya il ə sayca üçü nc ü GPRS/MMS rouminq m ü qavil ə sidir. Azercell abunəçiləri haz ı rda bu ö lk ə nin " Sonera " operatorunun xidm ə tind ə n yararlan ı rlar.

Azercell dünyanın 34 ölkəsinin 72 şəbəkə operatoru ilə GPRS/MMS sahəsində rouminq müqaviləsi imzalayıb.

Azercell Telecom BM 19 yanvar 1996-cı ildə yaranıb. Onun ilk təsisçiləri qismində Turkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi çıxış edib. Şirkət öz fəaliyyətinə 15 dekabr 1996-cı ildə, abunəçilərinə sonradan ödənilmə əsasında mobil rabitə xidməti təqdim etməklə başlayıb. 1998-ci ildə öncədən ödənilmə sistemi - SimSim tarif planı tətbiq edilib.

Vergilər Nazirliyinin məlumatlarına görə, Azercell Azərbaycanın ən böyük vergiödəyicilərindən biridir. Şirkət bütün fəaliyyət dövrü ərzində dövlət büdcəsi və başqa dövlət fondlarına 300 mln. ABŞ dollarından çox vəsait ödəyib.

Operatorun Azərbaycanın mobil rabitə bazarında payı 76% təşkil edir, abunəçilərinin sayı isə 2,3 mln. nəfərdən çoxdur.

Xəbər lenti

Xəbər lenti