...

Qubada iki kənd telefonlaşdırılacaq

Telekommunikasiya Materials 26 Fevral 2007 15:34 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/ Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Aztelekom İB-nin Quba Telekommunikasiya Qovşağı Elektron ATS-lərin quraşdırılması üzrə qiymət təyinetmə sorğusu elan edib. B u barədə müəssisədən məlumat verilib.

2007-ci ildə Qonaqkənd kəndində 386/30 nömrə həcmli və Xaltan kəndində 128-60 nömrə həcmli elektron ATS-lərin quraşdırılması nəzərdə tutulub.

Qiymət təyinetmə təklifləri aprelin 4-dək qəbul olunacaq.

Hazırda paytaxt üzrə rabitə yenidənqurmasının səviyyəsi 85%, Azərbaycanın digər region və yerlərində 60% təşkil edir.

Xəbər lenti

Xəbər lenti