...

Cisco-nun şəbəkə akademiyalarının 10 yaşı tamam olur

Telekommunikasiya Materials 28 Fevral 2007 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Cisco Systems şirkəti öz Şəbəkə akademiyaları proqramının 10 illiyini qeyd edir. Bu barədə şirkətdən məlumat verilib. Proqram Cisco-nun təhsil sahəsində işlədiyi ABŞ-da yaradılıb. Məktəb müəllimlərinin tədrisi proqramı Cisco-nun Şəbəkə akademiyaları proqramına çevrilib və bu, rəsmi olaraq 1997-ci ilin oktyabr ayında start götürüb. Bu gün Cisco-nun Şəbəkə akademiyaları proqramında təxminən 11 min təhsil müəssisəsi iştirak edir. Bu təhsil müəssisələrindən 1,9 milyondan çox tələbə keçib.

Proqramla Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Özbəkistan, Ukrayna da daxil olmaqla, 167 dövlətdən klassik və texniki universitetlər, kolleclər və ictimai təşkilatlar əməkdaşlıq edir.

Cisco-nun şəbəkə akademiyaları öz işlərini dövlət müəssisələri, özəl sektor və ən yaxşı təhsil müəssisələri arasında əməkdaşlıq prinsipləri üzərində qururlar. Akademiyaya ixtisas üzrə uğurlu iş üçün lazım olan dərin texniki bilik və təcrübə əldə edən orta məktəblərin yuxarı sinif şagirdləri və ali təhsil müəssisələrinin tələbələri qəbul olunur.

2007-ci ildə IT Essentials, CCNA (Cisco Certified Network Associate - "Sertifikatlaşdırılmış Cisco şəbəkə mütəxəssisi") və CCNP (Cisco Certified Network Professional - "Sertifikatlaşdırılmış Cisco şəbəkə peşəkarı") proqramlarında 13 yeni kurs yaranacaq. "Tələbələrə informasiya-texnologiya sahəsində işləmək üçün lazım olanları öyrətmək üçün biz daima bazarın tələblərini qiymətləndiririk. Biz istəyirik ki, bizim bütün məzunlarımız öz ixtisasına görə işlə təmin olunsunlar", - deyə Tara Kollison bildirib. Yaxın zamanlarda Şəbəkə akademiyaları proqramında iki yeni kurs yaradılacaq və onlar CCNA tədris proqramını bazarın ən son tələblərinə uyğunlaşdıracaq.

Xatırladaq ki, Azərbaycan Rabitə Nazirliyinin BMT-nin İnkişaf proqramı, "Açıq cəmiyyət - yardım fondu" İnstitutu ilə gerçəkləşdirdiyi AzNET layihəsi çərçivəsində Cisco -nun 9 lokal şəbəkə akademiyası açılıb. Növbəti akademiyanın Naxçıvan Dövlət Universitetinin nəzdində açılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti