...

RRC EN və Check Point nümayəndələri Bakıya səfər edəcəklər

Telekommunikasiya Materials 28 Fevral 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ "RRC EN -Rusiya" yüksək texnologiyalı avadanlığın distribyutoru olan şirkətin nümayəndələri Check Point UTM-1 yeni həllərin Rusiya və MDB bazarlarına çıxarılması çərçivəsində Bakıda olacaqlar. Bu barədə şirkətdən məlumat verilib.

UTM-1 həllinin Rusiya və MDB-də irəliləməsində tərəfdaşlar və potensial sifarişçilərlə əməli iş mühüm yer tutacaq. RRC EN və Check Point 2007-ci ilin fevral -mart aylarında şirkətlərin texniki və kommersiya mütəxəssisləri üçün road-show keçirəcək.

Road-show coğrafiyası RRC EN şirkətinin regional iştirak prisipi üzərində qurulub: belə ki, fevralın 15 və 21-də artıq müvafiq olaraq Almata və Kiyev şəhərlərində seminarlar keçirilib. Sonra Qazaxıstan və Ukraynanın ardınca RRC EN və Check Point nümayəndələri Sankt -Peterburq və Bakıda olacaqlar. Bu şəhərlərdə həmçinin RRC EN nümayəndəlikləri var.

Bu ilin fevralın əvvəlində anonsu verilən UTM-1 müdafiə qurğusu Check Point şirkətinin korporativ təhlükəsizlik sistemləri sahəsində təcrübəsinə və müəssisələr üçün vahid təhlükəsizlik arxitekturasının konsepsiyasına əsaslanıb. Qurğunu quraşdırmaq asandır və onları mərkəzləşdirilmiş şəkildə idarə etmək olar, bu isə bəzi ofislərin müdafiəsinin idarə olunmasını asanlaşdırır və təhlükəsizliyin eyni səviyyəsini təmin edir.

RRC EN şirkəti 1992-ci ildə yaradılıb və hazırda müxtəlif mürəkkəblik dərəcəli çoxsəviyyəli şəbəkələrin yaradılması üçün yüksək texnologiyalı avadanlığın irəliləməsini həyata keçirən beynəlxalq layihə distribyutorudur. RRC EN şirkəti RRC şirkətlər qrupunun tərkibinə daxildir və Rusiyada - Moskvada, Sankt-Peterburqda, MDB ölkələrində - Almata və Bakıda, eləcə də Şərqi Avropa ölkələrində ofisləri var.

Şirkət sistem inteqratorları və resellerlərlə işləyir, eləcə də Small and Medium Business (SMB) seqmentinə xidmətlər təklif edən inteqrator şirkətlərlə münasibətlərin inkişafına yönəlib. Onlar üçün RRC EN şirkətində bazarda onların rəqabət üstünlüklərinin yüksəldilməsi üçün bir sıra qabaqcıl servis və proqramlar nəzərdə tutulub. Texnologiyalar baxımından RRC EN öz səylərini Advanced Technologies seqmentinin inkişafına cəmləşdirir.

Xəbər lenti

Xəbər lenti