...

Telefon danışıqlarına olan tariflərin artırılması yalnız Bakı əhalisinə aid ola bilər

Telekommunikasiya Materials 3 Mart 2007 10:53 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " İ.Xəlilova/Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Respublikasının Tarif Şurasına əhali üçün telefon danışıqlarının tariflərinin qaydaya salınması ilə bağlı bir neçə variant təqdim edib. Bu barədə rabitə nazirinin müavini İltimas Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Bakı əhalisi üçün aylıq haqqın artırılması planlaşdırılıb, lakin ümumilikdə şəhərlərarası, beynəlxalq telefon danışıqlarına, stasionar telefonlardan mobil telefonlara zənglərə olan tariflərin, biznes sahəsi, müəssisə və təşkilatların aylıq haqqının aşağı salınması nəzərdə tutulub.

"Hazırda rəylər toplanır və Tarif Şurasının növbəti iclasında onların nəzərdən keçirilməsi planlaşdırılb, lakin rabitə nazirliyinin təklif etdiyi variantların qəbul olunması məcbur deyil", deyə İ.Məmmədov hesab edir.

Hər dəqiqəyə olan ödəmə təklifi dünya təcrübəsində, qonşu dövlətlərdəki təcrübəyə əsaslanır. Bakı əhalisi üçün hər dəqiqə üçün 66 qəpik ödəməni 1 manat 10 qəpiyədək artırmaq nəzərdə tutulub. Nazir müavininin sözlərinə görə, rabitə nazirliyi bir neçə paket təqdim edib və onların birində aylıq abunə haqqının əvəzinə əhaliyə 450 dəqiqə pulsuz danışığın təqdim olunması nəzərdə tutulub. Digər variantda danışıqlara olan limit yoxdur. Limitdən artıq hər əlavə dəqiqə üçün vətəndaşlar 0,5 qəpik ödəməlidir. Rabitə nazirliyinin təklifləri arasında həmçinin kommersiya strukturları üçün tariflərin 1 manat 10 qəpiyədək aşağı salınması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti