...

Naxçıvanda "Naxtel" Simsiz Rabitə Sistemi istifadəyə verilib

Telekommunikasiya Materials 3 Mart 2007 11:23 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/müxbir Trend C.Qurbanoğlu/Naxçıvanda "Naxtel" Simsiz Rabitə Sistemi istifadəyə verilib. Bu münasibətlə Naxçıvan MR RİTN-də təşkil olunmuş tədbirdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər iştirak edib.

Tədbirdə çıxış edən Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları naziri Rövşən Məmmədov ötən ilin mart ayında Çinin "Huawei" şirkəti ilə birgə CDMA texnologiyasının Muxtar Respublika ərazisində, Naxçıvan şəhəri və Babək rayonunu əhatə edən 1 baza stansiyası ilə işə salındığını, bu gun isə Mərkəzi İdarəetmə sisteminin qurulduğunu, baza stansiyalarının sayının isə 12-yə çatdığını bildirib.

"Naxtel" adı altında yeni fəaliyyətə başlayacaq simsiz rabitə sisteminin hazırda regionun 65,7 %-i əhatə etdiyini, 10 000 abonentə xidmət imkanı olduğunu deyən Rövşən Məmmədov gələcəkdə abonent tutumunun 20 000 nömrəyə, baza stansiyalarının sayının isə 24-ə çatdırlmasının mümkün olduğunu deyib.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov da istifadəyə veriləcək "Naxtel" Simsiz Rabitə Sisteminin tətbiqinin əhəmiyyətindən danışıb, onun Muxtar Respublika ərazisində uğurlu fəaliyyət göstərəcəyinə əminliyini bildirib və bu sistemin qurulmasında əməyi olanlara təşəkkürünü ifadə edib. Daha sonra o, kompüter və texniki xidmət mrkəzində kompüter vasitəsilə regionu əhatə edən sistemi işə salıb.

Vasif Talıbov gələcəkdə bu sistemin Muxtar Respublikanın bütün ərazisini əhatə etməsi, orta ümumtəhsil məktəblərində sürətli internetə qoşulmaq imkanına malik bu sistemdən istifadə olunması barədə tapşırıqlar da verib.

Xəbər lenti

Xəbər lenti