...

Azercell daha 350 baza radiostansiyası quraşdıracaq

Telekommunikasiya Materials 6 Mart 2007 15:39 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/2007-ci ildə Azercell BM bütün respublika ərazisi boyu daha 350 radiostansiya quraşdırmağı planlaşdırır. Bu barədə bu gün şirkətin baş direktoru Həlim Atəş 2006-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Azercell rabitə xidmətinin təmin edilməsi üçün 2 ehtiyat abunəçi bazası, 12 baza stansiyalarına nəzarət sistemi, 15 mobil rabitə kommutasiya mərkəzi və 1078-dən çox baza radiostansiyası var.

2006-cı ildə Bakı və Azərbaycanın regionlarında quraşdırılmış baza radiostansiyalarının sayı 328-dir.

Xəbər lenti

Xəbər lenti