...

Azərcell yeni danışıq kartını təqdim etdi

Telekommunikasiya Materials 7 Mart 2007 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanın mobil rabitə operatoru Azərcell Telecom martın 7-dən etibarən Simsim abunəçilərinin istifadəsinə 5 AZN (ƏDV daxil) dəyərində yeni danışıq kartları verir. Bu barədə məlumatı şirkətdən veriblər.

1000 kontur yerləşdirilmiş kartın istifadə müddəti 60 gün, abonentlik müddəti isə 120 gündür.

19 yanvar 1996-cı ildə təsis olunan Azərcell Telecom həmin ilin dekabr ayının 15-dən fəaliyyət göstərir. Azərcell Telecom Azərbaycanın Rabitə Nazirliyi (35.7%) və Fintur Holdings (64.3%) tərəfindən yaradılmış birgə müəssisədir.

Fintur Holdings-in səhmlərinin 58.55%-i TeliaSonera, 41.45 %-i isə Türkcell şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti