...

İmişli CDMA şəbəkəsinə qoşulub

Telekommunikasiya Materials 9 Mart 2007 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ İmişlidə CDMA (Code Division Multiples Access) texnologiyasının tətbiqinə başlanılıb. Bu barədə məlumat Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilib. CDMA texnologiyasının tətbiqi İmişlidə 1 mln. nömrəlik naqilsiz rabitə avadanlığının quraşdırılması hesabına mümkün olub. Bu xidməti isə Rabitə Nazirliyinin Aztelekom İstehsalat Birliyi və Baktelekom təqdim edir.

Hazırda Rabitə Nazitliyinin müəssisələrində CDMA abonentlərinin sayı 6 mindən çoxdur.

"Paytaxt ərazisini də hesaba alsaq CDMA şəbələsinə qoşulan abonentlər ölkə əhalisinin 45 faizini təşkil edir", - deyə mətbuat xidmətindən bildiriblər.

CDMA (Code Division Multiple Access -şifrəli bölümlərə keçid sistemi) GSM-dən sonra hazırlanmış rəqəmli naqilsiz texnologiyadır. CDMA danışığı daha sonra naqilsiz şəbəkə üzrə radiosiqnal kimi ötürülən rəqəmli informasiyaya çevirir.

İlk dəfə 1995-ci ildə kommersiya məqsədi ilə təqdim olunan CDMA texnologiyası dünyada informasiyanın naqilsiz ən sürtətli yayılma formasıdır. 1999 - cu ildə Beynəlxalq Telekommunikasiya Birliyi (International Telecommunications Union) CDMA-nı yeni naqilsiz sistem "Üçüncü nəsil" üçün sənaye standartı kimi qəbul edib.

Xəbər lenti

Xəbər lenti