...

Azercell SimSim abonentləri üçün kampaniya keçirir

Telekommunikasiya Materials 12 Mart 2007 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Azərbayacanın mobil rabitə operatoru Azercell Telecom BM 12 mart tarixindən 21 mart 2007-cı il tarixinədək SimSim abonentləri arasında ikitərəfli bağlı olan nömrələr üçün "nömrənin bərpası" kampaniyası keçirir. Bu barədə məlumatı şirkətdən veriblər.

Bu dövr ərzində nömrələrin bərpası üçün abonent balansıa istənilən SimSim danışıq kartını yükləməlidir. İlk yüklənilən danışıq kartı təkrarən 1 aydan sonra hədiyyə olaraq abonentlərin balansına əlavə olunacaq.

Ləğv olunmuş nömrələrin xəttlərini bərpa etmək üçün isə ilk əvvəl Azercell Müştəri Xidmətlərinə, Azercell Ekspres ofislərinə və ya "Smart Solution" xidmət mərkəzinə şəxsiyyət vəsiqəsilə yaxınlaşıb, SIM-kart dəyişikliyi əməliyyatını həyata keçirmək lazımdır.

Hazırda Azercell abonentlərinin sayı 2,4 mln. nəfərdən çoxdur. Şirkət Azərbaycan ərazisinin 77 faizini, bu xidmətdən istifadə edən ölkə əhalisinin isə 99 faizini əhatə edir. Azercel Telecomun 130-dan çox ölkə ilə 300 rouminq sazişi var.

Azercell 1996-cı ildə yaradılıb. 1996-cı ilin dekabrından fəaliyyətə başlayıb.

Azercell Telecom birghə müəssisə olub Azərbaycanın Rabitə Nazirliyi(35,7%) və Fintur Holdings (64,3%) tərəfindən yaradılıb. Fintur Holdings-in səhmlərinin 58,55 faizi TeliaSonera, 41,45 faizi isə Rurkcell-ə məxsusudur.

Xəbər lenti

Xəbər lenti