...

"Baktelekom" Novruz bayramı ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb

Telekommunikasiya Materials 14 Mart 2007 11:51 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Baktelekom" İB Novruz bayramı günlərində əhalini fasiləsiz rabitə ilə təmin etmək üçün xüsusi tədbirlər planı hazırlayıb. Bu barədə İB-nin rəhbəri Beytulla Hüseynov məlumat verib.

Onun sözlərinə görə, trafikin artırılması imkanını nəzərə alaraq bütün avtomat telefon stansiyaları (ATS) tədbirlər planına malikdir. Stansiyalararası kanalların həcmi artırılıb, "Baktelekom"da alternativ kanallar yaradılıb və xüsusi növbətçilik planı təsdiqlənib.

B.Hüseynov məlumat verib ki, Novruz bayram günlərində 461/462/463, 466/467 və 468/469/460 indeksiyalı köhnə analoji tipli ATS-lərin yenidən qurulması və NGN sisteminə keçirilməsi işi başa çatdırılacaq. Burada nömrələrin ümumi tutumu 67 min təşkil edir.

Xəbər lenti

Xəbər lenti