...

Sony Ericsson Mobile Communications satılmış Walkman mobil telefonlarının sayını elan edib

Telekommunikasiya Materials 29 Mart 2007 17:07 (UTC +04:00)
Sony Ericsson Mobile Communications  satılmış Walkman mobil telefonlarının sayını elan edib

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva /Dünya üzrə satılmış Sony Ericsson Walkman mobil telefonlarının sayı 20 milyon ədəd təşkil edir. Bu barədə İstanbulda Sony Ericsson W880i Walkman mobil telefonunun təqdimat mərasimində Sony Ericsson Mobile Communications şirkətinin Türkiyə bölməsinin marketinq və məhsul üzrə meneceri Verda Xaşıllıoğlu məlumat verib.

Onun sözlərinə görə, şirkət Walkman telefonlarını ilk dəfə 2005-ci ildə təqdim edib.

"Bu gün bizim ən dəyərli məhsulumuz 9,4 mm qalınlığı olan ultranazik model W880i mobil telefonudur", deyə o bildirib. Telefonun dəyəri 500 avro məbləğində qiymətləndirilir.

Telefonun korpusu iki rəng həllində yerinə yetirilə bilər - cilalanmış metaldan olan gümüşü üz panelli Stel Silver və qara-narıncı Flame Black.

Verda Xaşıllıoğlu telefonun texniki xarakteristikasını təqdim edərək qeyd edib ki, telefonun displeyi TFT texnologiyasına əsasən yerinə yetirilib. Displeyin üzərində üz panelində UMTS şəbəkələrində istifadə olunan video zənglərin həyata keçirilməsi üçün VGA-kamera yerləşdirilib.

Stereo səsin ötürülməsi (A2DP protokolu) dəstəyi ilə və HID funksiyalı Bluetooth 2.0 modulu var. Bu telefondan digər mexanizmləri üçün distansion idarətetmə pultu kimi istiafadə etməyə imkan verir.

Bluetooth-dan başqa kompüterə qoşulmaq üçün FastPort-u istifadə etmək olar. WAP, GPRS i EDGE funksiyaları, həmçinin RSS və E-mail-müştəri xəbər axınlarının ixracının dəstəyi ilə HTML-brauzeri var.

W880i-nin musiqi qabiliyyəti ona quraşdırılmış 2.0 versiyalı Walkman pleyeri ilə müəyyən edilir. Onun qoşulması üçün telefonun korpusunda xüsusi narıncı rəngli klaviş nəzərdə tutulub.

İstifadəçi fayllarını saxlamağa imkan verən dəstəyin öz yaddaşı 20 Mbayt təşkil edir, telefonla komplektə M2 giqabayt kart daxildir

Telefonun 2-meqapikselli kamerası var. Telefon vasitəsilə musiqinin 18 saat dinlənilməsi mümkündür.

Xəbər lenti

Xəbər lenti