...

Azercell Telecom Rusiya və Koreya ilə rouminq sazişi bağlayıb

Telekommunikasiya Materials 29 Mart 2007 17:48 (UTC +04:00)

Azərbayacan, Bakı/ Trend müxbir S.Babaeva / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom BM müştəriləri üçün Rusiayanın "LLC Ekaterinburg 2000"(GSM 1800) və Koreyanın "KTF" (WCDMA) operatoru ilə rouminq xidmətini istifadəyə verib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Bu ruouminq sahəsində Rusiyanın mobil operatorları ilə 18-ci, Koreya operatorları ilə isə 2-ci sazişdir.

Bu günə Azercell dünyanın 136 ölkəsi ilə 319 rouminq müqaviləsi imzalayıb.

Azercell Telecom BM 1996-cı ildə yaradılıb. İlkin təsisçilər qismində Turkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi çıxış edib.

1996-cı ilin 15 dekabrından fəaliyyətə başlayan şirkət müştərilərə sonradan ödəmə sistemi ilə xidmətlər təklif edir. 1998-ci ildən isə öncə ödəmə ilə SimSim tarif planı da istifadəyə verilib. 2000-ci ildə Azercell-də keyfiyyətin idarə olunması sistemi tətbiq olunur və 7 dekabr 2007-də şirkət ISO 9001 beynəlxalq standart sertifikatını alıb. 2003-cü ildə şirkət keyfiyyət sistemini ISO 9001:2000-ə uyğunlaşdırmaqla, 15 yanvar 2004-cü ildə bu standart sertifikatına uyğunluq statusunu alıb. 2006-cı ildə şirkət Azercell Telecom BM IIP (the Investors In People) standart sertifikatı ilə təltif olunub.

Şirkətin abonentlərinin sayı 2,4 mln nəfərdən artıqdır. 1997-ci ildə - fəaliyyətinin ilk dövrlərində isə bu say cəmisi 10 min idi. Şirkətin rabitə dairəsi Azərbaycan ərazisinin 77, əhalisinin isə 99 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti