...

Azərbaycanın Hesablama Palatası Rabitə Nazirliyində audit aparır

Telekommunikasiya Materials 30 Mart 2007 13:36 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva /Azərbaycan Hesablama Palatası (AHP) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və nazirliyin beynəlxalq münasibətlər və hesab mərkəzində audit aparır. Bu barədə cümə günü AHP-dən məlumat verilib.

Audit vergi gəlirləri mexanizminin vəziyyətinin tədqiqi və rabitə nazirliyi sistemində ödəmələr, həmçinin birgə hesabların vəziyyəti, beynəlxalq münasibətlər və hesab mərkəzi vasitəsilə çıxan payın bölüşdürülməsi üçün aparılır. Audit aprelin 27-dək davam edəcək.

Mərkəz beynəlxalq telekommunikasiya və poçt xidmətləri ilə birgə dövlətlərarası hesablar həyata keçirir.

Xəbər lenti

Xəbər lenti